Göygöldə dəhşətli qəza

Göygöldə dəhşətli qəza

12 Dekabr 2014 18:17
Bəyəndim (0) Bəyənmədim (0)

Qazax-Gürcüstan avtomagistralının 352-ci kilometrliyində bir nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, ayonu Hacıməlik kəndi ərazisində Daşkəsən-Bakı marşrutu üzrə işləyən "Hyundai" markalı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan Goranboy rayon Todan kənd sakini, 40 yaşlı Sarif Həsənəliyevin idarə etdiyi "VAZ 21 011"markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən yoldan çıxan minik maşını parçalara ayrılıb. Maşındakı əşyalar isə yola səpələnib. Qəza nəticəsində sürücünün 7 yaşlı oğlu Azad Həsənəliyev hadisə yerindəcə ölüb. Sürücünün özü və həyat yoldaşı 31 yaşlı

Elnarə Əliyeva, eləcə də onların 6 yaşlı qızı Aysu Həsənəliyeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qəza zamanı içərisində sərnişinlər olan avtobusda heç kim xəsarət almayıb. Baş vermiş hadisənin təfərrüatları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Mediainfo.az