“AMAY rəhbərinin cinayət işi üzrə istintaq tamamlanıb

“AMAY rəhbərinin cinayət işi üzrə istintaq tamamlanıb

12 Dekabr 2014 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

"AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə Apa-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.

Vəkil Əkbər Bağırov onu da bildirib ki, Abdulla Abdullayevin həbsdə qalma müddəti uzadılıb: "Binəqədi rayon Məhkəməsinin qərarı ilə A. Abdullayevin həbsdə qalma müddəti fevralın 4-nə kimi uzadılıb. Həmin qərardan apellyasiya şikayəti vermişik. Şikayətimizə dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq".

Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Mediainfo.az