Sərnişin avtobusu atəşə tutulub

Sərnişin avtobusu atəşə tutulub

12 Dekabr 2014 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtında sərnişin avtobusu travmatik silahdan atəşə tutulub. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

Moskvanın şimal hissəsində yerləşən Businovskaya Qorka küçəsi ilə hərəkət edən avtobusun sürücüsü ilə yoldan keçən minik avtomobilinin sürücüsü arasında mübahisə yaranıb. Bu zaman minik avtomobilinin sürücüsü travmatik silahdan atəş açmağa başlayıb. Sonra o, hadisə yerindən uzaqlaşıb.
Nəticədə sərnişin avtobusunun sürücüsü yaralanıb.
İlkin araşdırmalara görə, hadisəyə səbəb sərnişin avtobusunun minik avtomobilinə yol verməməsi olub.
Hadisəni törədən şəxs artıq saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az