İlham Əliyev Beynəlxalq Atçılıq Federasiyasının rəhbərini qəbul edib

İlham Əliyev Beynəlxalq Atçılıq Federasiyasının rəhbərini qəbul edib

12 Dekabr 2014 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Atçılıq Federasiyasının prezidenti şahzadə Haya Bint Al Hüseyni qəbul edib.

Apa-nın məlumatına görə, şahzadə H. Al Hüseyn İordaniya Haşimilər Kralı II Abdullahın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay Əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını Azərbaycan prezidentinə çatdırıb.

Görüşdə Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının illik iclasının Bakıda keçirilməsinin önəmi qeyd olunub, ölkəmizdə idmana, o cümlədən atçılıq idman növünün inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən məmnunluq ifadə edilib, Azərbaycanda müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin nəticəsi kimi dəyərləndirilib.

Azərbaycan prezidenti İordaniya Haşimilər Kralının və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay Əmirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş nazirinə, Dubay Əmirinə çatdırmağı xahiş edib.

Mediainfo.az