İstanbul restoranlarından birində yanğın baş verib

İstanbul restoranlarından birində yanğın baş verib

7 Aprel 2011 17:30
844
Bəyəndim (0) Bəyənmədim (0)

Üçmərtəbəli binanın ikinci mərtəbəsində restoran, üçüncü mərtəbəsində isə eyni adama məxsus oyun salonu yerləşir. Yerli vaxtla gecə saatlarında binanın üçüncü mərtəbəsində yanğın baş verib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları bir saat ərzində alovun qarşısını alsalar da, üçüncü mərtəbə tamamilə yanıb.

Yanğın söndürənlər üçüncü mərtəbədə üç nəfərin yanmış meyitini tapıblar. Ölənlər restoranın iki işçisi və onların yanına gələn dostları olub.

O.M.