ANAMA baş direktoru Nazim İsmayılov vəfat edib

ANAMA baş direktoru Nazim İsmayılov vəfat edib

12 Dekabr 2014 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov vəfat edib. Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib. N.İsmayılov uzun sürən xəstəlikdən axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, N.İsmayılov ANAMA-nın yaradıldığı tarixdən - 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.

O, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işinin təşkilində xidmətlərinə görə bir neçə dövlət mükafatı ilə təltif olunub.

Mediainfo.az