ŞOK!!! "Çİko" günəbaxan tumundan tarakan çıxdı! - FOTO

ŞOK!!! "Çİko" günəbaxan tumundan tarakan çıxdı! - FOTO

12 Dekabr 2014 08:49
Bəyəndim (0) Bəyənmədim (0)
Yerli istehsalımız yenə də müştərisini məyus etdi

Mediainfo.az xəbər verir ki, Azərbaycanda yerli məhsulla bağlı daha bir iyrənc görüntü baş verdi!

Bir-birinin ardınca "Mc Donalds"ın yeyinti məhsullarından, bəzi yerli kolbasa və sosis məmulatlarından şikayətlənən müştərilər bu dəfə günəbaxan tumundan narazılıq etdilər. Belə ki, ziyalı bir xanım "Çiko" tumundan tarakan çıxdığını Facebook sosial şəbəkəsində paylaşdı. Xanım müştəri tumla yanaşı qızardılmış tarakanın şəklini belə çəkərək, dostlarına nümayiş etdirdi.

"Ay camaat, "Çiko"nun içindən tarakan çıxdı. "Çiko" almayın! İndi ölə bilərəm iyrəndiyimdən. Şokdayam, əlim əsir!

P.S. Məsələ ilə bağlı "Çiko" tumları istehsal edən "Ramze" Məhdud Məsuliyyətli Cəmiyyətlə əlaqə saxlamağa çalışdıq. "Məsuliyyətli" cəmiyyətin işçiləri səhər saat 08.00-dan bəri hələ də dəstəyi qaldırmır. Görünür, "Bəxtimizi bir daha sınamalı olacağıq". Yəni mövzuya qayıdacağıq.

Hazırladı: Könül Aypara