Bakıda dəhşətli qəza

Bakıda dəhşətli qəza

11 Dekabr 2014 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. İdarəıdən verilən məlumatda bildirilir ki, dekabrın 10-da saat 18:40 radələrində, Türkan qəsəbəsində 1966-cı il təvəllüdlü Safətdin Həciyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarında dayanan Babək rayon sakini 1977-ci il təvəllüdlü Hafiz Allahverdiyevə məxsus "Maz" markalı avtomobilə arxadan vurub. Avtoqəza nəticəsində S.Həciyev, sərnişinləri - Qazax rayon sakini, 1977-ci il təvəllüdlü Qüdrət İsgəndərov, Balakən rayon sakini, 1993-cü il təvəllüdlü Cəlal İbiyev hadisə yerində ölüb. Digər sərnişini Balakən rayon sakini, 1993-cü il təvəllüdlü Vüqar Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər RPİ 1-ci PB-də araşdırma aparılır.

Mediainfo.az