Müdafiə naziri türkiyəli nazir müavini ilə görüşüb

Müdafiə naziri türkiyəli nazir müavini ilə görüşüb

11 Dekabr 2014 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə müdafiə nazirinin müavini Hasan Yardımcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müdafiə naziri işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb.

H.Yardımcı Azərbaycana səfərdən məmnun qaldığını bildirərək, qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür səfərlərin rolu və əhəmiyyətindən danışıb.

Sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Mediainfo.az