Siyəzəndə avtoqəza

Siyəzəndə avtoqəza

11 Dekabr 2014 14:45
496
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Apa-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 100-cü kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb. Şabran rayon sakini, 1958-ci il təvəllüdlü İbrahimov Əhməd Məhəmməd oğlu 10 SC 164 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomaşının idarəetməsini itirib, avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Siyəzən Regional Diaqnostika Mərkəzində çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisə zamanı sürücü maşında tək olub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Mediainfo.az