Qız qaçıranların məhkəməsi başlayıb

Qız qaçıranların məhkəməsi başlayıb

11 Dekabr 2014 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər – Vahid Zülfüqarov, Elbəy Qədirov, Amlet Xankişiyev, Nihal Tağıyevdir. Onlar V. Zülfüqarovun sevdiyi qızı qaçırıblar. Lakin qızın valideynləri polisə şikayət etdiyi üçün onlar saxlanılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsinə əsasən ittiham olunurlar.

Mediainfo.az