Anar Məmmədlinin apellyasiya şikayəti təmin edilmədi

Anar Məmmədlinin apellyasiya şikayəti təmin edilmədi

10 Dekabr 2014 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin işi üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərinm apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib.
Anar Məmmədli və digər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Mediainfo.az