Xilaskar müəllimin maşını tapıldı

Xilaskar müəllimin maşını tapıldı

10 Dekabr 2014 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

57 yaşlı Əhliman Hüseynovun axtarışları davam etdirilir

Bir neçə gün əvvəl Sabirabad rayonunun Cavad kəndində yeni istifadəyə verilmiş körpüdən Kür çayına düşən avtomobil tapılıb. Cavad kənd sakini, 1957-ci il təvəllüdlü Əhliman Hüseynova məxsus "VAZ 2107" markalı avtomobil bu gün tapılıb və kənd camaatının köməkliyi ilə sudan çıxarılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Ə.Hüseynovun axtarışını davam etdirirlər.

Qeyd edək ki, yol qəzası dekabrın 6-da baş verib. Həmin vaxt Ə. Hüseynovun idarə etdiyi maşında qohumunun qızı, 9 yaşlı Hüseynova Güldəstə də olub. Mərhum məktəbli qızın həyatını xilas etsə də, özü sudan çıxa bilməyib.

Ə.Hüseynov Sabirabadda 5 saylı orta məktəbin müəllimi imiş. O, dərs günləri G.Hüseynova, eləcə də digər şagirdləri rayon mərkəzinə gətirib-aparırmış.

Mediainfo.az