Azərbaycanlı müəllim ABŞ-da qalib oldu

Azərbaycanlı müəllim ABŞ-da qalib oldu

10 Dekabr 2014 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı müəllim "Dünya Müəllim mükafatı" müsabiqəsinin qalibi olub. Vesti.az-ın məlumatına görə, ABŞ-ın Varkey GEMS fondu tərəfindən yaradılan müsabiqədə dünyanın ölkəsindən 50 müəllim iştirak edib.

Müsabiqədə Azərbaycanı Zaqatala rayonundakı Z.Əliyeva adına məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev təmsil edib.

Qeyd edək ki, müsabiqənin ilkin mərhələsində 5000 müəllim iştirak edib. Növbəti mərhələyə onların 1300-ü keçib.

Müsabiqədə 133 ölkənin təmsilçiləri iştirak edir.

Mediainfo.az