Sel içərisində sərnişinlər olan avtomobili aparıb

Sel içərisində sərnişinlər olan avtomobili aparıb

23 İyun 2011 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə ötən gecə Şamaxı rayonu ərazisindən keçən Ağsuçaya güclü sel gəlib. Çayın Dəmirçi kəndi ərazisindən keçən hissəsindəki körpü yararsız hala düşüb. Rayon sakini Orucov Məhəmməd Ağanəsib oğlu 10-CM-439 dövlət nömrə nişanlı "UAZ 469" markalı maşınla çayın içindən keçmək istəyib və həmin vaxt çaya gələn güclü sel avtomobili aparıb. Güclü su axını və selin gətirdiyi böyük çay daşları avtomobilin sudan kənara çıxarılmasına mane olub. Polis əməkdaşlarının köməkliyi ilə iki saat ərzində avtomobil, eləcə də sürücü Məhəmməd Orucov və sərnişini Xəlilova Gülmərcan Əlimərdan qızı xilas edilib. Güclü sel suları Dəmirçi və Qaleybuğut kənd sakinlərinə məxsus 3 baş iri və 12 baş xırda buynuzlu heyvanı aparıb.

Su axdı, amma çuxuru tapmadı.

Tofiq Əliyev

O.M.