Braziliyada yeni qəbilə kəşf edildi

Braziliyada yeni qəbilə kəşf edildi

23 İyun 2011 13:37
Bəyəndim (0) Bəyənmədim (0)
Onların xarici dünyadan xəbərləri belə yoxdur

Braziliyanın Amazon bölgəsindəki Cavari vadisində xarici dünyadan qopmuş yeni qəbilə kəşf edildi. Ölkənin yerli əhalisinin sayını öyrənmək üçün qurulan Qızıldərililər Milli Vəqfinin (Funai) sözçüsü açıqlamasında 200 nəfərlik qəbilənin izinə ilk öncə kosmosdan çəkilən fotolar sayəsində düşüldüyünü söylədi. Daha sonra isə uçuşlar zamanı bu qəbilənin yeri təsbit edildi. Braziliyalı səlahiyyətlilər sağlıq və psixi cəhətdən zərər dəyməsin deyə heç bir zaman ağ insanlarla rastlaşmamış bu qəbiləyə yaxınlaşmağı yasaqlayıb. "Funai"lilər kəşf edilən bu qəbilənin "Pano" hinduları qrupuna aid olduğunu söyləyirlər.

Əslində, ağ adamlar onları tapmayıblar, onlar ağları tapıblar. Çünki Braziliyanın yerli əhalisi hindulardır...

Günel Həbib

O.M.