Saxta rubl hazırlayan tutuldu

Saxta rubl hazırlayan tutuldu

9 Dekabr 2014 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayon sakinindən narkotik vasitə və saxta əskinaslar aşkar edilərək götürülüb

Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Elməddin Məmiyevin Lənkəran şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilib.

Baxış zamanı mənzildən 0,9 qram tiryək, 67 ədəd 500 rublluq saxta əsginas və 1 ədəd avtomobil dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Mediainfo.az