Diqqət!!! 70 yaşlı bu kişi axtarılır - FOTO

Diqqət!!! 70 yaşlı bu kişi axtarılır - FOTO

9 Dekabr 2014 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 70 yaşlı kişi itkin düşüb.

Sabunçu Rayon Polis İdarəsindən Apa -ya verilən məlumata görə, 1944-cü ildə Ermənistanda anadan olan, hazırda Maştağa qəsəbəsində yaşayan, Tostuyev Koroğlu Əli oğlu bu il oktyabrı ayının 9-da yaşadığı evdən çıxıb gedib və bir daha geri dönməyib. O, evdən çıxarkən Mingəçevirdə yaşayan qohumlarına baş çəkmək üçün getdiyini deyib. Həmin gündən bəri ondan heç bir məlumat yoxdur.

Polisdən həmçinin bildirilib ki, K. Tostuyevin əynində qara kostyum və qara rəngli ayaqqabı olub.

Onu görənlərdən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə (012) 450-44-32 nömrəli telefona məlumat vermələri xahiş olunur.

Mediainfo.az