Jurnalistin şikayəti təmin olunmadı

Jurnalistin şikayəti təmin olunmadı

9 Dekabr 2014 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Səbail Rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun qanunsuz olaraq həbsdə saxlanması və vəkilləri ilə görüşə şərait yaradılmaması barədə verilən şikayətə baxılıb.

Bu barədə R. Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Vəkil şikayətlərin təmin edilmədiyini deyib.

Qeyd edək ki, R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Mediainfo.az