Baş nazir Artur Rasizadə Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub - FOTO

Baş nazir Artur Rasizadə Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub - FOTO

9 Dekabr 2014 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən baş nazir Artur Rasizadə Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.

Yeni tikilən və tam təmir olunan qərargah və döyüş növbəsinin aparılması binalarına, start-komanda məntəqəsinə, əsgər yataqxanasına, uçuş-texniki heyət və əsgərlər üçün nəzərdə tutulan yeməkxanalara, hamam-camaşırxana-qazanxana kompleksinə, nəzarət buraxılış məntəqəsinə və sıra meydanına baş çəkilib, orada yaradılan şəraitlə tanış olunub.

Müdafiə naziri Zakir Həsənov dövlət başçısının ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar Silahlı Qüvvələrin döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri vurğulayıb. Uçuş-texniki heyəti ilə görüşən baş nazir A.Rasizadə aviabazanın ərazisində aparılan işlərdən məmnun qaldığını, bundan sonra da bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini bildirib və şəxsi heyətin sosial-məişət şəraitinin həlli üçün müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Mediainfo.az