MN-dən rəsmi açıqlama: Ermənilər hücuma keçmək istəyiblər!

MN-dən rəsmi açıqlama: Ermənilər hücuma keçmək istəyiblər!

9 Dekabr 2014 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən zərərsizləşdirilib

Erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Ordusu tərəfindən məhv edilib. Müdafiə Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.

Mediainfo.az