3 türk əsgəri şəhid olub - FOTO

3 türk əsgəri şəhid olub - FOTO

9 Dekabr 2014 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriya ilə sərhəddə odlu silahdan açılan atəş nəticəsində həlak olub.

Mediainfo.az-ın "Haberturk"ə istinadən verdiyi məlumata görə, hadisə dekabrın 9-na keçən gecə, yerli vaxtla saat 00.30-da Şanlıurfa vilayətinin Ceylanpınar rayonu ərazisində, Suriya ilə sərhəd xəttində baş verib.

Şanlıurfa valisi İzzəddin Kiçik olayı araşdırdıqlarını bildirib. Atəşin Suriya ərazisindən – "İŞİD"lə yerli kürd qruplaşmaları arasında toqquşmaların davam etdiyi Telhanzir kəndi tərəfdən açıldığı güman olunur. Hadisədən sonra sərhəd xəttinin mühafizəsi gücləndirilib və bölgəyə əlavə qüvvə göndərilib.

Mediainfo.az