Həmyerlisini bıçaqladı

Həmyerlisini bıçaqladı

8 Dekabr 2014 17:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Pərviz Murtuzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hhakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə P. Murtuzov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 22-də Sabunçu qəsəbəsi Musabəyov küçəsində qeydə alınıb. Qəsəbə sakinləri Pərviz Murtuzov münaqişə zəminində Seymur Hüseynova bıçaq xəsarəti yetirib. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən P. Murtuzov saxlanılıb.

Mediainfo.az