Polis kanalda batıb

Polis kanalda batıb

23 İyun 2011 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir ərazisindən keçən Yuxarı Qarabağ kanalında bədbəxt hadisə qeydə alınıb. Yevlax rayonunun Ərəş kənd sakini, Mingəçevir şəhər Mühafizə Polisi Şöbəsinin polis serjantı 1987-ci il təvəllüdlü İsrafilov Həsən Comərd oğlu mənbəyini Mingəçevir Su Anbarından götürən Yuxarı Qarabağ kanalının ətrafında mühafizə xidməti aparan zaman naməlum şəraitdə yoxa çıxıb. Həsən İsrafilova məxsus "VAZ 2106" markalı minik avtomobili kanalın kənarında tapılıb. Onun polis geyimi və mobil telefonu da maşında aşkar edilib. H. İsrafilovun çimmək üçün kanala girdiyi və suyun çox iti sürətlə axdığı həmin ərazidə üzə bilməyərək batdığı ehtimal olunur. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları hazırda kanalda polis əməkdaşının meyitini axtarırlar. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Su heç də həmişə aydınlıq gətirmir.

Tofiq Əliyev

O.M.