Yaşlı qadını bıçaqlayıb evi yandırdılar

Yaşlı qadını bıçaqlayıb evi yandırdılar

8 Dekabr 2014 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ucarda güclü yanğın nəticəsində yanaraq ölən qadın barədə yeni məlumatlar yayılıb. Hadisə Ucar şəhərinin Tofiq İsmayılov küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1937-ci il təvəllüdlü Qənirə Həsənovanın mənzili yanaraq kül olub. Yanğın nəticəsində qadın evdə ölüb. İlkin ehtimalda hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilsə də, sonradan bunun qətl olduğu məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, Qənirə Həsənova bıçaq zərbələri ilə öldürülüb. Sonradan izi itirmək üçün evi yandırıblar.

Qeyd edək ki, iki qızı olsa da, ər evinə köçdüklərindən qadın tək qalırmış. Qadının maddi durumu yaxşı olub. Bu səbəbdən də, ehtimal olunur ki, hadisə tamah məqsədilə törədilib.

Yerli prokurorluqdan hadisənin həqiqətən də qətl olduğunu təsdiqləyiblər. Ucar rayon prokurorunun köməkçisi Araz Əkbərov bildirib ki, hazırda hadisə araşdırılır. Cinayətkar tezliklə müəyyən edilərək istintaqa cəlb ediləcək.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az