Sel İsmayıllı rayonunda ciddi problemlər yaradıb

Sel İsmayıllı rayonunda ciddi problemlər yaradıb

23 İyun 2011 10:25
1 076
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gündən başlayan güclü leysan yağışları İsmayıllı rayonunun 18 kəndinə ciddi ziyan vurub. Rayon Fövqəladə Hallar komissiyası sədrinin verdiyi məlumata görə insan itkisi olmasa da, heyvandarlığa, əkin sahələrinə və fərdi evlərə ziyan dəyib. Ən çox ziyan isə İsmayıllı kəndinə dəyib. İsmayıllı rayonu ilə kənd arasında əlaqə kəsilib. Bir neçə işıq dirəyini sel aparması nəticəsində kəndə enerjinin verilməsi dayandırılıb. Leysan yağışlardan sonra dağdan gələn sel kənd daxili körpüləri, yolları, içməli su xətlərini yararsız hala salıb. Əkin sahəsi, həyətyanı ərazilər, meyvə ağacların sel yuyub aparıb, evləri su basıb. Əyriçay üzərindəki körpülər su altında qalıb. Suyun səviyyəsinin yüksək olması texnikanın işləməsinə mane olur.

Güclü leysan İsmayıllını problem yağışına tutub.

Tofiq Əliyev

O.M.