Hakimin həyat yoldaşı qəzaya düşdü - Foto

Hakimin həyat yoldaşı qəzaya düşdü - Foto

8 Dekabr 2014 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdamda ağır yol qəzası baş verib.

Rayonun Quzanlı qəsəbəsində baş verən qəzada "Hunday" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı "VAZ 2106" markalı minik maşınının sürücüsü və sərnişini ağır bədən xəsarəti alıb. Yaralılar rayon xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, "Hunday" markalı avtomobilin sürücüsü qadındır. İlkin ehtimala görə, qadın sürücü dönmə əməliyyatını yerinə yetirərkən yolda hərəkətdə olan "VAZ 2106" markalı maşının qarşısına çıxıb. Yerli sakinlərin verdiyi məlumata görə, qadın sürücü Tərtər Rayon Məhkəməsi hakiminin həyat yoldaşıdır. Qadın özü isə Ağdam rayon məhkəməsində işləyir. Rayon polisi hadisə yerində araşdırma aparır.(qafqazinfo)

Mediainfo.az