Ermənilər atəşkəsi yenə pozub

Ermənilər atəşkəsi yenə pozub

23 İyun 2011 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 22-də saat 19.40-dan 19.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 21.10-dan 21.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındı yerləşən mövqelərdən, saat 23.50-dən 00.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 23-də saat 05.20-dən 05.30-dək isə Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Sən köləsən, sən qorxaqsan, sən ermənisən. (A.S.Puşkin)

Tofiq Əliyev

O.M.