SON DƏQİQƏ!!! Bakı-Sumqayıt yolunda sakinlər etiraz edirlər

SON DƏQİQƏ!!! Bakı-Sumqayıt yolunda sakinlər etiraz edirlər

8 Dekabr 2014 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu barədə sakinlər ANS PRESS-in "Qaynar xətti"nə müraciət ediblər. Müraciətdə bildirilir ki, Ceyranbatan qəsəbəsinin sakinləri tez-tez ölümlə nəticələnən yol qəzalarına etiraz olaraq yolu bağlamaq istəyirlər.

Nurəddin Gəncəli adlı şikayətçi bildirib ki, Ceyranbatan yolunda, "Yaşıl dərə" və Ceyranbatan bağları adlanan ərazidə ara-sıra piyada vurulmaları olur. Bütün hallarda qəzalar ölümlə nəticələnir.

"Dünən də 21 yaşlı gənci maşın vurub öldürüb. Səbəbi isə həmin ərazidə piyada keçidinin olmamasıdır. Camaat yığılıb, istəyirlər ki, Bakı-Sumqayıt trasını bağlasınlar. Bəlkə bizim dərdimizə əlac tapan oldu", - deyə Nurəddin Gəncəli bildirib.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında etirazın əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, Ceyranbatan qəsəbəsinə gedən ərazidə piyada keçidi var. Lakin qeyd olunan ərazidə yaşayanların yolu qəsəbə içərisindədir.

"Həmin yolda sürət 120 km.dir. Yollarda dəmir arakəsmələr var. Bu səbəbdən də həmin ərazidə piyadalar üçün yol qoyulmaq təhlükəlidir. Orada yaşayanlar qəsəbənin içərisilə gedib-gəlməlidir. İndi kimsə yolunu tezləşdirmək istəyir. Bu onların problemidir", - deyə Kamran Əliyev bildirib.

Mediainfo.az