İmran Cəfərzadə Hacı Nuranla görüşüb - FOTO

İmran Cəfərzadə Hacı Nuranla görüşüb - FOTO

8 Dekabr 2014 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Nabrandakı istirahət mərkəzlərinin birinin hovuzunda ayaqlarını itirən İmran Cəfərzadə Almaniyada xərçənglə mübarizə aparan teleaparıcı Hacı Nuran Hüseynovla görüşüb. Hacı Nuran 4 yaşlı İmranla çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb. O, yaşadığı faciədən sonra 16 cərrahi əməliyyat keçirən 4 yaşlı İmranın Almaniyada müalicəsinin davam etdiyini yazıb: "Keçən il Nabranda iki ayağını itirən və Heydər Əliyev Fondunun yardımı ilə Almaniyada müalicə alan İmran Cəfərzadə ilə unudulmaz bir görüş...".

Xatırladaq ki, İmran Cəfərzadə 2013-cü il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış "Akvapark" adlanan qurğu işə salınıb. Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb. Belə ki, İmran bir ayağını tam, ikincisini isə qismən itirib. Hadisə ilə bağlı 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Mediainfo.az