Qobustan ərazisində ağır yol qəzası baş verib

Qobustan ərazisində ağır yol qəzası baş verib

23 İyun 2011 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Şamaxı avtomobil yolunun 94.5-ci kilometrliyində, Qobustan rayonu ərazisində ağır yol qəzası baş verib. Qazax rayon sakini 1984-cü il təvəllüdlü Məmmədov Ramin Yusub oğlunun idarə etdiyi 10-CO-524 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı rayon sakini 1966-cı il təvəllüdlü Fərəcov Davud Şaban oğluna məxsus 24-BE-511 dövlət nömrə nişanlı "VAZ 2104" markalı maşınla toqquşub. Hadisə nəticəsində "VAZ 2106"nın sürücüsü Ramin Məmmədov dünyasını dəyişib, onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Lütvəliyeva və 8 yaşlı qızı Ramilə Məmmədova, eləcə də "VAZ 2104"ün sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Bakı xəstəxanalarına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Yüksək sürət hərdən ölümü də sürətləndirir.

Tofiq Əliyev

O.M.