155 sərnişinlik təyyarə fırlana-fırlana qalıb...

155 sərnişinlik təyyarə fırlana-fırlana qalıb...

8 Dekabr 2014 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Hava Yollarına (THY) aid TK-467 səfər saylı, İstanbul – Odessa reysi ilə hərəkət edən "Airbus-321" tipli sərnişin təyyarəsi Ukraynadan geri qaytarılıb. ANS PRESS-in məlumatına görə, buna, havanın əlverişsiz olması səbəb olub.

Türkiyə vaxtı ilə saat 19.24-də (Bakı vaxtıyla 21.24) 155 sərnişinlə havaya qalxan təyyarə Odessaya çatdığı zaman hava limanının qülləsindən havanın eniş üçün əlverişli olmadığı bildirilib.

Bundan sonra geri qayıtmağa qərar verən kapitan-pilot yerli vaxtla saat 21.42-də təyyarəni sağ-salamat İstanbul "Atatürk" hava limanına endirib. Təyyarənin sərnişinləri isə otellərə yerləşdirilib.

Mediainfo.az