Düşmən cavab atəşi ilə susdurulub

Düşmən cavab atəşi ilə susdurulub

8 Dekabr 2014 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.

Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

Mediainfo.az