Erməni əsgərin meyiti Azərbaycanda aşkar edildi (FOTO)

Erməni əsgərin meyiti Azərbaycanda aşkar edildi (FOTO)

5 Dekabr 2014 18:01
Bəyəndim (0) Bəyənmədim (0)

Artur Markaryan Ermənistanın işğal etdiyi Qarabağ ərazisində güllə yarası alıb

Dağlıq Qarabağda erməni əsgəri ölüb. Bu barədə news.am saytı yazıb. Verilən məlumata görə, dekabrın 4-də saat 15:40-da 19 yaşlı erməni əsgər Artur Markaryan Ermənistanın işğal etdiyi Qarabağ ərazisində güllə yarası alıb.
Həkimlər onun həyatını xilas edə bilməyiblər. Araşdırmalar zamanı məlum olub ki, əsgər özünü güllələyib.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Mediainfo.az