Polisi əzib keçən Əliağa Kürçaylı imiş

Polisi əzib keçən Əliağa Kürçaylı imiş

5 Dekabr 2014 17:50
Bəyəndim (0) Bəyənmədim (0)

Yol polisinə qarşı kobud rəftarına görə 15 sutka həbs cəzası alan Əliağa Kürçaylı ilə bağlı maraqlı məlumatlar əldə etmişik.

Dünəndən sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olan gənc Kürçaylının hərəkəti birmənalı qarşılanmayıb. Facebook profilində paylaşdığı fotolardan görünür ki, onun maşınlara xüsusi marağı var və Bakıda baş tutan bütün avtomobil yarışlarında ya iştirakçı olub, ya da izləyici.

Məlumata görə, Ə. Kürçaylı bir müdddət əvvəl "Lider" telekanalında işləyib. Daha sonra "Bakı" futbol klubunda marketinq işlərinə baxıb və hazırda klubda da işləmir. Maraqlıdır ki, Əliağanı tanıyanlar onun sakit və mədəni bir şəxs olduğunu qeyd ediblər. Hətta onun evlənəndən sonra dəyişdiyini deyənlər də var. Qeyd edək ki, Kürçaylının qayınatası ədliyyə generalıdır və bu sistemdə çalışır.

Əliağa Kürçaylının babası isə hamımızın yaxşı tanıdığı şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylıdır.

Bir daha xatırladaq ki, Ə. Kürçaylı 90 KF 155 dövlət nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobili ilə polisin əmrinə tabe olmayıb. Yol polisi serjantı maşının qarşısında dayansa da, o, maşını arxaya verərək polisin üzərinə sürüb. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət alıb.

Mediainfo.az