İlham Mirzəyevin vəziyyəti pisləşib

İlham Mirzəyevin vəziyyəti pisləşib

5 Dekabr 2014 17:43
Bəyəndim (0) Bəyənmədim (0)

Həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin səhhəti yenidən ağırlaşıb. Bu barədə İ.Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib.

O bildirib ki, teleaparacı hazırda tibb məntəqəsində müalicə olunur: "İlham Mirzəyevin səhhəti yenidən ağırlaşıb. Hazırda tibb məntəqəsində müalicə olunur. Beyin və boyun nahiyəsində ağrılar var. Çox xəstədir".

X. Bayramzadə qeyd edib ki, dekabrın 9-da İlham Mirzəyevin apelyasiya şikayəti üzrə məhkəmə olacaq: "Lakin dəqiq bilmirəm ki, o məhkəmədə iştirak edə biləcəkmi? Bu barədə hələ heç nə deyə bilmərik".

Vəkil onu da qeyd edib ki, İ.Mirzəyevin ailəsi tez-tez onunla görüşür.

Xatırladaq ki, İlham Mirzəyev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib.

Mediainfo.az