Bank fırıldaqçılarının məhkəməsi yekunlaşdı

Bank fırıldaqçılarının məhkəməsi yekunlaşdı

5 Dekabr 2014 17:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Zamiq Ağakişiyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bankların adından istifadə etməklə bir qrup vətəndaşın pulunu mənimsəyiblər. Onlar Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər.

Mediainfo.az