Anar Məmmədlinin məhkəməsi təxirə salındı

Anar Məmmədlinin məhkəməsi təxirə salındı

5 Dekabr 2014 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apelyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri – Fariz Namazlı və Əlibaba Rzayev iştirak etməyiblər. Bu səbəbdən təqsirləndirilən şəxslər məhkəmə iclasının təxirə salınmasını istəyiblər.
Hakimlər təqsirləndirilən şəxslərin istəyini nəzərə alıb və məhkəmə iclasını dekabrın 10-na kimi təxirə salıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib.
Anar Məmmədli və digər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb

Mediainfo.az