Polisi yaralayan sürücü tutuldu

Polisi yaralayan sürücü tutuldu

5 Dekabr 2014 17:28
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyipolis əməkdaşına tabeçilik göstərməyərək xəsarət yetirmiş Bakı şəhər sakini Anar Hüseynovla bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətinin verdiyi xəbərə görə, dekabrın 4-də saat 13 radələrində Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi "BMW" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Emin Verdiyev tərəfindən saxlanılıb. A.Hüseynovdan sənədlərini təqdim etməsi tələb edilib. A.Hüseynov tabeçilik göstərməyib, avtomobili hərəkətə gətirərək E.Verdiyevə ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk edib.

Polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. A.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Mediainfo.az