Məktəb direktoru özünü güllələdi

Məktəb direktoru özünü güllələdi

5 Dekabr 2014 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboyda dəhşətli intihar hadisəsi baş verib.

Bu gün Goranboy rayon Dəliməmmədli şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbinin direktoru özünü güllələyib. Bu barədə AzNews.az-a Goranboy rayonu İcra başçısının köməkçisi Fuad Əliyev təsdiqləyib. O bildirib ki, 1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu borcu olduğu üçün özünə qəsd edib.

Onun yazdığı məktub isə polis tərəfindən araşdırılır. Hazırda hadisə yerində Goranboy rayon Polis şöbəsinin əməkdaşları araşdırma aparır. Hadisəni araşdırdıqdan sonra ətraflı məlumat verəcəyik.

Qeyd edək ki, bir müddət əvvəl Goranboyda Səfikürd kənd sakini bir ailənin 7 üzvünü güllələmişdi.

Mediainfo.az