Dostunu bıçaqlayaraq qaçan tutulub

Dostunu bıçaqlayaraq qaçan tutulub

5 Dekabr 2014 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Göygöl rayonunda dostunu bıçaqlayan şəxs saxlanılıb.

Göygöl Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gün rayonun Mollacəlilli kənd sakini, 31 yaşlı İslam Kərimov dostu, 33 yaşlı Natiq Həsənovu bıçaqlayıb.

Yaralı qarının, sol gicgahın və qoltuqaltı nahiyənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törədən İslam Kərimov bu gün saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az