Berinq dənizində gəmi batıb: 25-dən artıq ölü var

Berinq dənizində gəmi batıb: 25-dən artıq ölü var

5 Dekabr 2014 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Berinq dənizində Cənubi Koreyaya məxsus gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə "Renhap" agentliyi "Orionq-501" traulerinin sahibi olduğu "Sajo İndustries" şirkətinə istinadən məlumat yayıb.

Xilasedicilər qəza zonasında daha 5 nəfərin cəsədini tapıblar. Onlardan ikisi İndoneziya vətəndaşıdır, digər 3 nəfərin kimliyi isə hələlik müəyyən edilməyib. Qeyd edək ki, 60 nəfərlik gəmi ekipajının 28 üzvü hələ də itkin düşmüş hesab olunur.

Mediainfo.az