Ədliyyə qoşununda möhtəşəm tədbir keçirildi

Ədliyyə qoşununda möhtəşəm tədbir keçirildi

22 İyun 2011 21:12
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün siyasət, dövlət, incəsənət xadimləri bir yerə toplaşdılar

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayından aldığımız məlumata görə, bu gün Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı, Nizami rayon İcra Hakimiyyəti və Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayının kollektivi 26 İyun Silahlı Qüvvələrin yaranması günü münasibətilə birgə tədbir keçirmişlər.

22 iyun 2011-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı, Nizami rayon İcra Hakimiyyəti və Penitensiar xidmətin Mühafizə alayının kollektivi Silahlı Qüvvələrin yaranmasının 93-cü ildönümü münasibətilə birgə tədbir keçirmişlər. Tədbirdə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, tanınmış incəsənət xadimləri və media nümayəndələri iştirak etmişlər.

Tədbirdən öncə YAP Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyətinin gətirdiyi hədiyyələr Mühafizə alayının şəxsi heyətinə təqdim edildi. Sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva şəxsi heyətin qarşısında çıxış edərək, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə oxşar tədbirlər keçirdiklərini, əsgərlərlə görüşdüklərini, ümumiyyətlə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüşə hazır vəziyyətdə olduğunu məmnunluqla tədbir iştirakçılarının nəzərinə çatdırdı və şəxsi heyəti bayram münasibətilə təbrik etdi. Rəsmi hissə bitdikdən sonra, tədbir tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən konsertlə davam etdirildi. Silahlı Qüvvələrin yaranması gününə həsr olunmuş bayram tədbiri yekunlaşdıqdan sonra media nümayəndələrinin iştirakı ilə rəsmi qonaqlar əsgərlər üçün hazırlanmış bayram süfrəsində iştirak etdilər. Tədbir Azərbaycan Televiziyası tərəfindən lentə alındı.

Azərbaycan silahlı qüvvələri ona görə möhtəşəmdir ki, ətrafında siyasət, dövlət, incəsənət xadimlərini, xeyirxah insanları toplaya bilir...

Hafiz Əhmədov

O.M.