Dəhşətli yol qəzası: 3 nəfər ölüb

Dəhşətli yol qəzası: 3 nəfər ölüb

4 Dekabr 2014 21:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Apa-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə istiqamətində hərtəkətdə olan "Hyundai X 35" markalı avtomobil eyni istiqamətdə hərəkət edən "VAZ 21011"-ə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində "VAZ 21011"-də olan üç nəfər ölüb.

Qəza baş verən an əks hərəkət zolağında daha 3 maşın, "Mersedes", "Opel", "VAZ-2106" markalı avtomobillər toqquşub.

Ölən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

Mediainfo.az