Elçin Behbudov və müavini “Bandotdel”in rəisi ilə görüşüblər

Elçin Behbudov və müavini “Bandotdel”in rəisi ilə görüşüblər

4 Dekabr 2014 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan 3 nəfərlə görüşüblər: "Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Orada olarkən idarə üçün tikilmiş yeni inzibati bina ilə tanış olduq. İdarənin yeni təyin olunmuş rəisi Seyfulla Əzimovla görüşdük. Onunla insan hüquq və azadlıqları sahəsində fikir mübadiləsi apardıq. Seyfulla müəllim bildirdi ki, daxili işlər naziri Ramil Usubov insan hüquqları sahəsində ciddi islahatların aparılması barədə göstəriş verib, onlar da əllərindən gələni edəcəklər".

E. Behbudov qeyd edib ki, saxlanma yeri müasir standartlara cavab verir: "İstilik sistemi var. Yeni çarpayılar alınıb. Televizor, şəhər telefonu, dərman preparatları, saxlanılan şəxslərin tibbi kartları var. Gündə üç dəfə isti yeməklə təmin olunur. Kameralarda havalandırma sistemi mövcuddur".

Mediainfo.az