Polislər qan verdi

Polislər qan verdi

22 İyun 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsində xeyriyyə məqsədi ilə növbəti könüllü qanvermə aksiyası keçirilib. İdarədən verilən məlumata görə, "Savab dünyası" Azərbaycan Talassemiya Assosiasiyasının müraciəti əsasında keçirilən "Donor günü" aksiyasına Baş İdarənin şəxs heyəti dəstək verib. İyunun 22-də baş tutan tədbirdə idarənin onlarla əməkdaşı qana ehtiyacı olan xəstələr üçün könüllü olaraq qan verib. Aksiyanın paytaxtın digər polis idarə və bölmələrində də davam etdirilməsi nəzərdə tutulur. Qanvermədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Gematologiya İnstitutunun həkim və tibb personalı iştirak edib.

Yaşamaq gözəl şey, yaşatmaq sonsuz...

Tofiq Əliyev

O.M.