İyunun 24-də orta məktəblərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanacaq

İyunun 24-də orta məktəblərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanacaq

22 İyun 2011 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Orta məktəblərdə ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilən buraxılış imtahanlarının nəticələri iyunun 24-də açıqlanacaq. Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən verilən məlumata görə, həmin gündən başlayaraq bir həftə ərzində şikayətlərin qəbulu məqsədilə Apelyasiya Komissiyası da fəaliyyət göstərəcək. Qeyd edək ki, TN Azərbaycanın 60 şəhər və rayonunda buraxılış imtahanları keçirib. İlk imtahan iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Lakın və Cəbrayıl rayonlarının orta məktəblərində keçirilib. Son buraxılış imtahanları isə iyunun 17-18-də Bakıda olub. Şagirdlərin attestata yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.

Hamıya uğurlar.

Tofiq Əliyev

O.M.