Kürdəmirdə dəhşət: Körpə qızı 3 yaşlı qardaşı güllələdi

Kürdəmirdə dəhşət: Körpə qızı 3 yaşlı qardaşı güllələdi

3 Dekabr 2014 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azyaşlının ölümü gizlədilib, o hüquq-mühafizə orqanlarının xəbəri olmadan dəfn olunub

Dekabrın 2-də Kürdəmir rayonunun Carlı kəndində dəhşətli hadisə baş verib. Məlumata görə, kənd sakini olan 1 yaş yarımlıq Məmmədova Heyran Elnur qızı aldığı güllə yarasından dünyasını dəyişib. Azyaşlı qız 3 yaşlı qardaşının ehtiyatsızlığı nəticəsinə tüfəngdən açılan atəş nəticəsində ölüb. Baş nahiyəsindən ağır xəsarət alan H.Məmmədova yerindəcə keçinib.

Bildirilir ki, azyaşlıların atası Elnur Məmmədov mütəmadi olaraq həyətə soxulan çaqqalı vurmaq üçün tüfəngi doldurub və stolun üstünə qoyub. Axşam saatlarında otaqdan çıxan E.Məmmədovun 3 yaşlı oğlu silahı götürüb və ehtiyatsızlıqdan atəş açılıb. Olayla bağlı məlumat hüquq-mühafizə orqanlarına azyaşlı qız dəfn olunduqdan sonra – bu gün daxil olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mediainfo.az