Dəhşət: YPX əməkdaşı yandırıldı

Dəhşət: YPX əməkdaşı yandırıldı

3 Dekabr 2014 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdədə yol polisinin yandırılması ilə bağlı bəzi məlumatlar aydınlaşdırılıb. Məlumata görə, hadisə Aqil Quliyev xidmətdə olarkən baş verib. Elçin adlı şəxs yol hərəkəti qaydasını pozub. Aqil Quliyev onun maşınını saxladıb. Avtomobilindən düşən Elçin adlı şəxs yol polisinə sənəd vermək əvəzinə üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Bu zaman yol polisinin əməkdaşı hadisəyə müdaxilə edib. Həmin vaxt Aqil Quliyev də xəsarət alıb.

----------------------

Bərdə rayonunda yol polisi əməkdaşı yandırılıb. Bu barədə Aktual.az-a Bərdədən məlumat verilib.

Rayondakı mənbənin bildirdiyinə görə, adı məlum olmayan rayon sakini Bərdə rayon yol polisi idarəsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub.

Məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsindən faktı təsdiqləyərək bildiriblər ki, iş Bərdə Rayon Prokurorluğundadır, araşdırılır.

Mediainfo.az