Maşın oğruları ifşa olundu

Maşın oğruları ifşa olundu

3 Dekabr 2014 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda avtomobil oğurluğu edən şəxslər həbs edilib. Bu barədə DİNmətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Abşeron rayon Polis Şöbəsi və Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Seymur Paşayev və Ağdam rayon sakini Bəhruz Baxşəliyev tutulublar.

Onlar dekabrın 1-də Səməd Əmirova məxsus "Mercedes" markalı avtomobili qaçırmaqda təqsirli biliniblər. Oğurluq edən dostlar polis şöbəsinə gətirilib. Seymur Paşayevdən 0,162 qram heroin götürülüb.

Məlumata görə, istintaqa ifadə verən şübhəli şəxslər törətdikləri cinayəti etiraf ediblər. Onlar bildiriblər ki, ehtiyac üzündən oğurluğa əl atmalı olublar. Onlar törətdikləri əməldən peşman olduqlarını deyiblər.

Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az